[Shargh - xəbər mərkəzi ]
Əsas səhifə » 2016 » Ноябрь » 18 » Afinada etirazçılar və polislər arasında qarşıdurma baş verdi
13:32
Afinada etirazçılar və polislər arasında qarşıdurma baş verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Afina Politexnik Universitetində tələbə üsyanının  amansızcasına yatırılmasının 43-cü ildönümünə həsr olunmuş yürüşün iştirakçıları polis əməkdaşlarına “Molotov kokteylləri” atıb.

Bu barədə “NewsPeace” nəşri məlumat yayıb.

İnsident Patission küçəsində baş verib. Yürüşə qatılan 50-dək etirazçı polis əməkdaşlarına daş, “Molotov kokteylləri”, stullar və digər əşyalar atıb. Buna cavab olaraq, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər, saxlanılanlar var.

Qeyd edək ki, 1973-cü ilin noyabrın 17-də Afina Politexnik Universitetində ölkəni idarə edən "qara polkovniklər"in faşist xuntasına qarşı baş vermiş tələbə üsyanı qəddarlıqla yatırılmışdı.

Kateqoriya: Dünya | Oxunub: 310 | Xəbəri yerləşdirən: xeber_redaktoru | "Tag"lər: mitinq, Yunanıstan, Afina, iğtişaş, Avropa | Reytinq: 0.0/0
Ümumilikdə şərh sayı: 0
avatar