[Shargh - xəbər mərkəzi ]
Əsas səhifə » 2016 » Ноябрь » 19 » İsrail əsgərləri fələstinliləri atəşə tutdu: Ölən və yaralananlar var
13:30
İsrail əsgərləri fələstinliləri atəşə tutdu: Ölən və yaralananlar var

İsrail hərbçiləri fələstlinli etirazçılara atəş açıblar.

İslamazeri.az-ın AFP-yə istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin əsgərləri Qəzza sektorunun sərhədində etiraz aksiyasında iştirak etmiş fələstinlini güllələyərək öldürüb. Məsələ ilə bağlı məlumatı Qəzza sektorunun tibb xidmətlərinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra verib.

Əl-Kidranın adından yayılmış bəyanatda deyilir ki, 26 yaşlı Məhəmməd Əbu Saada sinə nahiyəsindən aldığı güllə yarasından həyatını itirib. O ötən gün Bureyc adlı qaçqın düşərgəsinin şərqində baş vermiş toqquşmalarda yaralanmışdı.

Daha 2 aksiya iştirakçısı isə yaralanıb.

İsrail rejimi ordusunun mətbuat xidmətindən bildiriblər ki, onlarla etirazçı sərhəd boyu olan buder zonasına soxularaq sərhəd maneələrini (çəpərlərini) qırmağa başlayandan sonra hərbçilər silaha əl atıblar.

"Əsgərlər etirazçıları qovmaq və dağıtmaq üçün atəş açıblar.", - deyə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin əməkdaşı bildirib.

Kateqoriya: Yaxın şərq | Oxunub: 219 | Xəbəri yerləşdirən: xeber_redaktoru | "Tag"lər: qezza sektoru, yaxın şərq, israil, fələstin, yaxin sherg, felestin, qezza, qəzza sektoru | Reytinq: 0.0/0
Ümumilikdə şərh sayı: 0
avatar