[Shargh - xəbər mərkəzi ]
Əsas səhifə » 2016 » Ноябрь » 19 » Terrorçular Hələbdə dinc sakinləri güllələdi: Onlarla ölü və yaralı
13:32
Terrorçular Hələbdə dinc sakinləri güllələdi: Onlarla ölü və yaralı


İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, terrorçular Suriyanın Hələb şəhərinin şərq hissəsində yerləşən Heydəriyyə rayonunda dinc sakinlərə atəş açıblar. Hadisə nəticəsində 17 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.

Onun sözlərinə görə, cümə axşamı günü Hələbin şərq hissəsində yerləşən rayonda 200-dən çox dinc sakin etiraz aksiyası keçiriblər və Suriya ordusunun nəzarəti altında olan əraziyə daxil olmağa cəhd ediblər.

"Heydəriyyə rayonunda terrorçular xəbərdarlıqsız avtomatlardan mitinq iştirakçılarını atəşə tutublar. Hadisə yerində iki 13 və 15 yaşlarındakı yeniyetmələr də daxil olmaqla 17 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb.", - deyə Konaşenkov bildirib.

O əlavə edib ki, Hələbin şərq hissəsindəki terrorçular onlarla kişini saxlayıb daha sonra isə onları güllələyiblər. Terrorçular öldürdükləri şəxsləri mitinqin "təşkilatçıları" hesab ediblər.

"Terrorçular onlarla kişini saxlayaraq naməlum istiqamətdə aparıblar. Terrorçular onları mitinqlərin "təşkilatıçıları" hesab ediblər. Onlar elə həmin axşam da güllələniblər.", - deyə Konaşenkov əlavə edib.

Kateqoriya: Yaxın şərq | Oxunub: 328 | Xəbəri yerləşdirən: xeber_redaktoru | "Tag"lər: nusra, terror, işid, suriya ordusu, suriya, nusra cəbhəsi, hələb | Reytinq: 0.0/0
Ümumilikdə şərh sayı: 0
avatar