[Shargh - xəbər mərkəzi ]
Əsas səhifə » 2016 » Ноябрь » 19 » Tramp İraq Baş nazirinə zəng etdi: Terrorçuluqla mübarizədə dəstək vədi verildi
13:27
Tramp İraq Baş nazirinə zəng etdi: Terrorçuluqla mübarizədə dəstək vədi verildi

İraq Baş naziri ilə ABŞ-ın yeni seçilmiş prezidenti arasında telefon danışığı baş tutub. 


İslamazeri.az-ın SANA-ya istinadən verdiyi xəbərə əsasən, İraq Baş naziri Heydər əl-Abadi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı keçirib. O İŞİD terror təşkilatı ilə mübarizədəki, xüsusən də Mosul şəhərinin terrorçulardan azad ediməsi əməliyyatındakı uğurlar haqda danışıb.

İraq Baş nazirinin mətbuat xidmətini yaydığı xəbərdə deyilir ki, Tramp əl-Abadini yaxın zamanlarda (Trampı yanvar ayında vəzifə başına keçməsindən sonra) Vaşinqtona səfər etməyə dəvət edib. Yeni seçilmiş prezident İraqa terrorçuluqla mübarizədə effektiv dəstək verməyə söz verib.

Bundan əlavə, İraq hökumətinin başçısı əl-Abadi paytaxt Bağdadda ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının başçısı Cozef Votel ilə də görüş keçirib. Görüş zamanı Mosul şəhərinin azad edilməsi əməliyyatı müzakirə edilib.

Kateqoriya: Yaxın şərq | Oxunub: 285 | Xəbəri yerləşdirən: xeber_redaktoru | "Tag"lər: Tramp, donald trump, terror, işid, USA, Donald, bağdad, iraq, abş | Reytinq: 0.0/0
Ümumilikdə şərh sayı: 0
avatar