[Shargh - xəbər mərkəzi ]
Əsas səhifə » 2016 » Ноябрь » 18 » Türkiyədə mədən çökdü: Ölən və dağıntılar altında qalanlar var
13:19
Türkiyədə mədən çökdü: Ölən və dağıntılar altında qalanlar var

Türkiyə Fövqəladə Hallar Komitəsinin xilasediciləri hadisə yerində işləyir.

 


İslamazeri.az-ın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin cənub-şərqində yerləşən Siirt əyalətinin Şirvan şəhəri ərazisindəki mis şaxtasında uçqun baş verib. Bədbəxt hadisə nəticəsində 4 nəfər həyatını itirib. Dağıntılar altında qalmış 12 nəfərin axtarışları isə davam edir.

Uçquna səbəb uzun müddət davam edən yağışlar olub.

Hadisə yerində Türkiyə Fövqəladə Hallar Komitəsinin xilasediciləri işləyir. Bildirilir ki, xilasetmə işləri çətin gedir, çünki növbəti dağıntıların baş vermə ehtimalı (riski, təhlükəsi - red.) var. Qəza ilə əlaqədar olaraq böhran mərkəzi fəaliyyət göstərir.

Kateqoriya: Region | Oxunub: 250 | Xəbəri yerləşdirən: xeber_redaktoru | "Tag"lər: mədən, istanbul, turkey, türkiyə, şaxta, ankara | Reytinq: 0.0/0
Ümumilikdə şərh sayı: 0
avatar